3 bışaqlanma faktı- qadın keçmiş ərini bıçaqladı

3 bışaqlanma faktı- qadın keçmiş ərini bıçaqladı
  12 Oktyabr 2013    Oxunub:1264
Göyçayda qadın keçmiş ərini bıçaqladı.
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Göyçay rayonunun Məlikkənd kəndində Asudə Səlimova münaqişə zəminində keçmiş əri Ceyhun Səlimova bıçaqla xəsarət yetirib. Hazırda yaralı xəstəxanaya yerləşdirilib.

A.Səlimova Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları oktyabrın 10-da Əli Məmmədova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Fərhad Babayevi tutublar.

Oktyabrın 10-da Ədalət Əliyevə bıçaqla xəsarət yetirən Bakı şəhər sakini Qəribəli Fəttayev isə Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər üç faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.


Teqlər:





Xəbər lenti