Ötən günün kriminal xronikası

Ötən günün kriminal xronikası
  12 Oktyabr 2013    Oxunub:1139
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 53 cinayət faktı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmin cinayətlərin 33-ü “isti izlər”lə açılıb. Bundan əlavə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yolları da qəzasız ötüşməyib. Belə ki 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Həmçinin, cinayət törətdiklərinə görə 22 nəfər tutulub.

Fatimə


Teqlər:  





Xəbər lenti