Belarus Gömrük İttifaqından çıxa bilər

Belarus Gömrük İttifaqından çıxa bilər
  12 Oktyabr 2013    Oxunub:1115
Aleksand Lukoşenko `Belarus Gömrük İttifaqından çıxa bilər`.
“Belarus Gömrük İttifaqından iqtisadi fayda görməsə, bu qurumdakı üzvlüyünü çox uzatmayacaq”. AzVsison.az İnterfaks-a istinadən xəbər verir ki, bu bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib. O, Rusiyadan idxal etdikləri neftdən tutulan rüsumların ölkəsi üçün çətinlik yaratdığını söyləyərək Vladimir Putinin 2014-cü ildən etibarən ticarətdəki bütün məhdudiyyətləri aradan qaldırmağı vəd etdiyini deyib.

A. Lukaşenko hər il Rusiya büdcəsinə 4 milyard dollar rüsum ödədiklərini açıqlayıb: “Bu pullar ölkədə qalsa, mən burda Əmirlik kimi bir dövlət qurardım”. O, Gömrük İttifaqının bütün üzvlərinin bu maneələri qaldırmasının zəruriliyini vurğulayıb.

Qeyd edək ki, Belarus Rusiyadan nefti gömrük rüsumu ödəmədən alır. Lakin sazişə əsasən Belarus bu xammaldan neft məhsulları istehsal edib üçüncü ölkəyə satarsa, Rusiyaya rüsum ödəməlidir. 2012-ci ilin yekunlarına əsasən Belarus Rusiya büdcəsinə 3,8 milyard dollar keçirib.


Teqlər:





Xəbər lenti