Sabah yağmursuz hava olacaq

Sabah yağmursuz hava  olacaq
  11 Oktyabr 2013    Oxunub:1036
Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə oktyabrın 12-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər ayrı-ayrı yerlədə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 8-13, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti