Təhsillə bağlı yeni qanun layihəsi hazırlanır

Təhsillə bağlı yeni qanun layihəsi hazırlanır
  02 May 2018    Oxunub:1727
Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə qərar qəbul edilib.
AzVision.az-ın məlumatına görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitə iclasında çıxışı zamanı bildirib ki, Təhsil Nazirliyi ilə işçi qrupunun tərkibinin formalaşdırılmasına dair müzakirələr aparılır.

Komitə sədri əlavə edib ki, işçi qrupunda Təhsil Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin, özəl məktəblərdən birinin direktoru və deputatlar təmsil olunacaq: “Komitənin növbəti iclasında işçi qrupunun tərkibi təsdiqlənəcək”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Təhsil  





Xəbər lenti