"Formula 2" üzrə birinci yarış başlayıb

"Formula 2" üzrə birinci yarış başlayıb
  28 Aprel 2018    Oxunub:1715
Bu gün Bakıda FİA Formula 2 üzrə birinci yarış başlayıb.
AzVision.az xəbər verir ki, ilk yarış 29 dövrə və ya 60 dəqiqə olacaq. Yarışda 10 komandadan 20 pilot iştirak edir.

Qeyd edək ki, ötən gün FİA Formula 2 sinfindəki avtoyürüşlərin təsnifat mərhələsi keçirilib. “DAMS” komandasının taylandlı pilotu Aleksandr Albon 1:54:480 nəticə ilə hamını qabaqlayaraq birinci olub. İkinci yerdə finiş xəttinə 1:54:694 “Carlin” komandasından böyük britaniyalı Lando Noris çatıb. Üçüncü yeri 1:54:842 nəticə ilə ondan azca geri qalan “ART Grand Prix”dən böyük britaniyalı Corc Rassel tutub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti