Hidayət Heydərov İsraildə gümüş medal qazanıb

Hidayət Heydərov İsraildə gümüş medal qazanıb
  27 Aprel 2018    Oxunub:1527
İsrailin Tel-Əviv şəhərində keçirilən cüdo üzrə Avropa çempionatının ikinci yarış günü Azərbaycan millisi aktivinə bir medal yazdırıb.
AzVision.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov Avropa çempionatında gümüş medala layiq görülüb.

Bu çəkidə yarışan digər cüdoçumuz Rüstəm Orucov ilkin mərhələdə uduzaraq medalsız qalıb.

AzVision.az


Teqlər: Hidayət-Heydərov  





Xəbər lenti