“Formula 1” üçün yüklər Bakıya gətirilib

“Formula 1” üçün yüklər Bakıya gətirilib
  24 Aprel 2018    Oxunub:1534
"Formula-1" Azərbaycan Qran-prisi çərçivəsində yüklərin Bakıya, Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilməsinə başlanılıb.
AzVision.az "Azərbaycan Hava Yolları" QSC-yə istinadən xəbər verir ki, yarış bolidləri, onlara xidmət üçün və yarışların təşkili üçün lazım olan avadanlıq da daxil olmaqla 780 tondan çox yük Şanxay, Sinqapur və Bəhreyndən səkkiz reyslə gətirilib. Daha bir reys bu həftə yerinə yetiriləcək.

Yüklərin böyük hissəsini Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti daşıyıb. "Formula-1" Azərbaycan Qran-prisinin başlamasına kimi ümumilikdə 800 tondan çox yükün gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, bolidlərin təkərləri daimi +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-prisi 2018-ci il aprelin 27-dən 29-dək keçiriləcək. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda baş tutacaq.

AzVision.az


Teqlər: Formula-1  





Xəbər lenti