Müəllimlər üçün yenidən imtahan keçiriləcək

Müəllimlər üçün yenidən imtahan keçiriləcək
  06 Aprel 2018    Oxunub:2990
Tədris ilinin sonunda dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirməsinin keçirilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, əvvəlki illərdə müxtəlif səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən müəllimlərlə yanaşı, nəticələrini yüksəltmək niyyətində olan müəllimlər də diaqnostik qiymətləndirmədə iştirak edə biləcəklər.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 minədək müəllim diaqnostik qiymətləndirmədən keçib. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqqı artırılıb.

AzVision.az


Teqlər: Təhsil-Nazirliyi   Müəllim   İmtahan  





Xəbər lenti