`Kurtlar Vadisi`ndə `Milyarderlər ittifaqı`ndan danışıldı – VİDEO

`Kurtlar Vadisi`ndə `Milyarderlər ittifaqı`ndan danışıldı – VİDEO
  04 Oktyabr 2013    Oxunub:1429
Türkiyə və Azərbaycanda populyar olan `Kurtlar Vadisi Pusu` serialının dünən yayımlanan yeni, 199-cu bölümündə yenə də Azərbaycanda və ölkəmizin ətrafında baş verən proseslərdən danışılıb. Filmin iki personajının dialoqunda `Milyarderlər ittifaqı` məsələsinə də toxunulub.

Belə ki, `Ağsaçlı`nın - Polad Ələmdarın ən yaxın adamı Abdulhey Çoban Dərin Dövlətin əsas simalarından olan “Hoca” ilə geosiyasi duruma dair söhbət edirlər. Əvvəlcə Suriyadan danışır, sonra Azərbaycana keçirlər. Söhbət əsnasında deyilir ki, `Azərbaycan iqtidarı Rusiyanın “Milyarderlər İttifaqı”nın təxribatını durdura bilib. Lakin təhlükə davam edir və biz nə olursa-olsun, Azərbaycanın yanında olmalıyıq`.

AzVision.az




Teqlər:  





Xəbər lenti