DYP-dən xəbərdarlıq

DYP-dən xəbərdarlıq
  04 Oktyabr 2013    Oxunub:1371
Nəqliyyat vasitələrini texniki baxışdan keçirməyən şəxslər məsuliyyətə cəlb ediləcəklər
AzVsison.az xəbər verir ki, Respublika ərazisində istismar edilən nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddəti oktyabrın 31-də başa çatır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib ki, bu tələbləri yerinə yetirməyən hüquqi, fiziki və vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək. Texniki baxışdan vaxtında keçməyən fiziki şəxslərin 50, vəzifəli şəxslərin 100, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

V.Əsədov deyib ki, oktyabrın 31-də avtomobillərin texniki baxışdan keçirilməsinin vaxtı bitir. Sürücülər və avtomobil sahibləri arasında təbliğatın aparılması məqsədilə onları xəbərdar edirik ki, bu müddətdə istismar etdikləri avtomobilləri texniki baxışdan keçirsinlər. Texniki baxışdan keçirilən zaman verilən talon avtomobilin ön şüşəsinin sağ alt hissəsinə yapışdırılmalıdır. Bu talonun olmaması həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyini bildirir. Bu da yol polisi əməkdaşının həmin sürücünü saxlamasına zəmin yaradır. Ona görə də vaxtın azlığını nəzərə alaraq avtomobil sahiblərini, sürücüləri xəbərdar edirik ki, əgər inzibati məsuliyyətə cəlb olunmalarını, yol polisi tərəfindən saxlanılaraq əlavə vaxtı itkisinə yol vermək istəmirlərsə istismar etdikləri nəqliyyat vasitəsini göstərilən tarixədək texniki baxışdan keçirsinlər.


Teqlər:





Xəbər lenti