İmişlidə ağır yol qəzası: 2 ölü

İmişlidə ağır yol qəzası: 2 ölü
  03 Oktyabr 2013    Oxunub:1195
İmişlidə ağır yol qəzası baş verib: 2 nəfər ölüb, 2 nəfər yaralanıb
Azvsison.az xəbər verir ki, İmişlidə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

APA-ya İmişli rayon polis şöbəsindən verilən məlumata görə, qəza İmişli-Bəhrəmtəpə avtomobil yolunun 3-cü kilometrliyində, rayonun Göbəktala kəndi ərazisində qeydə alınıb. Məhəmməd Bəylər oğlu Həsənov idarə etdiyi KİA markalı minik maşını ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Qəza zamanı avtomobil aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər Elvin Natiq oğlu Əhmədov və Azad Mirələm oğlu Məmmədov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər sərnişin Elməddin Əhmədov isə ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.


Teqlər:  





Xəbər lenti