Balıqçı dənizdə köməksiz qalıb

Balıqçı dənizdə köməksiz qalıb
  02 Oktyabr 2013    Oxunub:1174
1 nəfər havanın küləkli olması səbəbindən geri qayıda bilməyib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu ərazisindən balıq tutmaq məqsədi ilə dənizə çıxan 1 nəfər havanın küləkli olması səbəbindən geri qayıda bilməyib və ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 1,5 km məsafədə, nəzarət olunmayan ərazidə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunmuşlar. Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilib. Əməliyyat saat 10:45-də başa çatıb.


Teqlər:





Xəbər lenti