6-cı debat - VİDEO

6-cı debat - VİDEO
  29 Sentyabr 2013    Oxunub:1690
İctimai kanalda canlı yayımlanan prezident namizədlərinin debatından maraqlı məqamları sizə təqdim edirik.
AzVision.az xəbər verir ki, hazırda İTV-də yayımlanan debatlarda çıxış edən Siyavuş Novruzov baş tutan mitinqin uğursuzluğundan danışır.

S.Novruzov mitinqdə təhsili tənqid edən C.Həsənlinin 2 il bundan qabaq təhsili tərifləməsi haqda çıxışından sitatlar gətirərək, ikincinin bir həftə bundan sonra nə deyəcəyinin məlum olmadığın bildirdi.

***
Sərdar Cəlaoğlu sosial siyasətdən danışıb. Azərbaycanın dövlət büdcəsini Norveç, İsveç, Belçika, Finlandiya, Kuveyt, Luksemburq, Sloveniyanın dövlət büdcəsi ilə müqayisə edib.

***
Araz Əlizadə çıxışına yenə əziz bacılar, qardaşlar müraciəti ilə başlayıb. O, Milli Şuranın platformasından danışıb.
A.Əlizadə vurğulayıb ki, prezident səlahiyyətləri əşya deyil ki, onu götürüb kiməsə verəsən. Eldəniz quliyevin manifestindən danışıb. Onu təhdid kimi qiymətləndirib.

Milli şuranın seçkilərdə qalib gələcəyi təqdirdə müəllimlərin rəsmi şəkildə rüşvət alacağından danışıb.

***
Qüdrət Həsənquliyev Cəmil Həsənlinin kitab yazmağından danışıb. O, sual ünvanlayıb C. Həsənliyə:

`Siz üçüncü dərəcəli əlil olduğunuzu Milli şuradan gizlədirsinizsə, prezidnet olanda nələri gizlədəcəksiniz?

***

Zahid Oruc Cəmil Həsənli `yeganə köhnə` adlandırıb. O, vurğulayıb ki, Cəmil Həsənlinin bütün çıxışlarında varlılara qarşı nifrət var. Siz Fərhad Əliyevin cibinə yerləşəcək qədər balaca olmusunuz. Bu ölkədə 320 min şəxsi mənzil alan evlər .Bakı ilə sumqayıtıtn arası birləşib. Siz `ləkələ və qarala` ilə uğur qazanmaq istəyirsiniz?, deyə Z. Oruc Cəmil Həsənliyə müraciət edib.

***
Siyavuş Novruzov Cəmil Həsənlinin onun barəsində dediklərinin yalan olduğunu deyib.

***
Hafiz Hacıyev çıxış edərək bildirib ki, Cəmil Həsənli məni təhqir etməklə istəyir ki, mən onu vurum. Onu Allah vurub da, deyə qeyd edib.

***
Fərəc Quliyev bildirib ki, birlik olmaqdan, barışdan danışıb. O, Azərbaycan cəmiyyətini birliyə çağırıb. Azərbaycanın xilasından danışıb.

Azərbaycanın milli müstəqilliyini təhlükə altına qoyanlarla birlikdə ola bilməyəcəklərini vurğulayıb.

***
Zahid Oruc vurğulayıb ki, ən dəhşətlisi mənən kor olmaq, əlil olmaqdır. Bir gülün bitməsinin qarşısını ala bilmərsən, amma yazın, baharın gəlməsinin qarşısını ala bilmərsən.

***
Qüdrət Həsənquliyev Qarabağ probleminə toxunub, xarici diplomatlarla olan əlaqəsindən danışıb.






Teqlər:  





Xəbər lenti