Bakıda klassik musiqi gecəsi - FOTOSESSİYA

Bakıda klassik musiqi gecəsi - FOTOSESSİYA
  21 Sentyabr 2013    Oxunub:1778
Sentyabrın 18-də start götürən V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam edir.
Ötən gün festival çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında tamaşaçılara dahi аlman bəstəkarı Rixard Vaqnerin 200 illiyinə həsr olunmuş yubiley konserti təqdim edilib.

Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Almaniyadan dəvət olunmuş dirijor P.Rundel və vokalçı Bricit Pinterin iştirakı ilə bəstəkarın əsərlərindən parçalar ifa edib.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Bəstəkarlar İttifaqinin sədri Firəngiz Əlizadə və almaniyalı qonaqların iştirak etdiyi konsert proqramı böyük maraqla qarşılanıb.

Qalereya




Teqlər:  





Xəbər lenti