Ermənistanın dövlət quruluşu dəyişir

Ermənistanın dövlət quruluşu dəyişir
  28 Avqust 2013    Oxunub:2696
Hakimiyyət ölkə Konstitusiyasına dəyişiklik etməklə parlamentli respublika yaratmaq niyyətindədir
Ermənistan hakimiyyəti ölkə Konstitusiyasına dəyişiklik etmək niyyətindədir. Xəbər verdiyimiz kimi yerli hökumət 2014-cü ildə Konstitusiyaya dəyişiklərlə bağlı referendum keçirməyə qərar verib. Ölkənin parlamentli respublika olması istisna olunmur. Bu barədə hakim Respublika Partiyasının üzvü, konstitutsiyaya dəyişiklikləri hazırlayan komissiyanın sədri olaraq Qaqik Arutyunyan David Arutyunyan bildirib.

Onun sözlərinə görə, artıq uzun müddətdir ki, dəyişiklərlə müzakirələr aparılır: “2005-ci ildə ölkə Konstitusiyasına daxil edilən məsələlər bu gün qənaətbəxş hesab olunmur.Bəzi təhlükəli hesab olunan məqamlara görə Konstitusiyaya dəyişiklik etmək lazımdır. Müzakirələrimiz hələ bir neçə ay da davam edə bilər. Yeni ilin əvvəlində referendum keçiriləcək".

Yeni Konstitutsiya ilə Ermənistanda “yarımprezident idarəetmə sistemi” ləğv ediləcək və əvəzində parlament hökuməti yaradılacaq. Yəni, Sərkisyan hazırkı səlahiyyətlərini parlamentin ixtiyarına buraxmalı olacaq.

Bununla yanaşı, prezidentin az da olsa bəzi istisna, simvolik səlahiyyətləri olacaq. Qeyd edək ki, parlamentli respublikaya keçiddən sonra növbəti parlament seçkilərində Ermənistan prezidenti Serj Sərkisyan 2017-ci ildə istefa verə və Ermənistan Respublika Partiyasının siyahısının başçılıq edən şəxs olaraq qalib gələrsə, baş nazir kimi fəaliyyətini davam etdirə bilər.
Qeyd edək ki, Konstitusiyaya konkret dəyişikliklər cari ilin dekabrında açıqlanacaq.

Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti