Sankt-Peterburqda 350-dən çox insan zəhərlənib öldü

Sankt-Peterburqda 350-dən çox insan zəhərlənib öldü
  27 Avqust 2013    Oxunub:1153
Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan vətəndaşlarının da işlədiyi inşaat şirkətində kütləvi zəhərlənmə hadisəsi baş verib
Nahardan sonra vəziyyəti pisləşən 350-dən çox insan təcili tibbi yardım maşınları ilə Botkin dövlət xəstəxanasına çatdırılıb. Hadisədən xəbər tutan əlaqədar qurumlar dərhal əraziyə 40-a yaxın təcili tibbi yardım maşını cəlb edib. Qeyd edək ki, zəhərlənənlər Pulkovo hava limanında yeni terminalın inşaatını gerçəkləşdirən Astaldi şirkətinin işçiləridir. Onların arasında xeyli sayda azərbaycanlının da olduğu bildirilir.

Xəstəxanaya yerləşdirilənlərdən 30-dan çoxunun vəziyyəti ağır və orta ağır qiymətləndirilir. Komaya düşən 17 fəhlədən 7-si ölümlə mübarizə aparır. Rusiya mediyasının məlumatına görə, zəhərlənənlərin böyük əksəriyyəti özbəkistan vətəndaşlarıdır. Kütləvi zəhərlənməyə naharda işçilərə verilən toyuq ətinin səbəb olub.

Yeri gəlmişkən, Astaldi şirkətinin işçilərini naharla Türkiyəli işadamına məxsus şirkət təmin edir. Hadisədən sonra sözügedən şirkətin prezidenti Fatih Özbəklə əlaqə yaratmaq mümkün olmayıb. Zəhərlənənlərin böyük əksəriyyəti ambulator müayinədən sonra evə buraxılsa da, Sankt-Peterburq polisi hadisənin izini buraxmayıb. Faktla bağlı cinayət işi qaldırılıb.

S.Həsənova


Teqlər:  





Xəbər lenti