Kopenhagendə Azərbaycan məktəbi açıldı - FOTOLAR

Kopenhagendə Azərbaycan məktəbi açıldı - FOTOLAR
  27 Avqust 2013    Oxunub:1250
Məktəbdə dərslər Azərbaycan dilində keçiriləcək.

Danimarkanın paytaxtı Kopenhagendə “ Ana dili” adlı Azərbaycan məktəbi fəaliyyətə başlayıb. Bu barədə AzVision.az Azərbaycan diasporu ilə iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məktəb komitə yanında fəaliyyət göstərən “Vətən” cəmiyyətinin təşəbbüsü ilə açılıb.

Sözügedən təhsil müəssisəsinin əsas məqsədi Danimarkada yaşayan azərbaycanlı uşaqlara Azərbaycanın tarixini, coğrafiya və mədəniyyətətini, eləcə də digər fənləri öz doğma dillərində öyrətməkdir.

“Vətən” cəmiyyətinin sədri Səfər Sadiqinin fikrincə məktəbdə təhsil alan azərbaycanlı uşaqlar artıq danimarkalı həmyaşıdlarının Azərbaycan haqqında suallarına ətraflı cavab verə biləcəklər.

Müntəzəm fəaliyyət göstərəcək “Ana dili” məktəbində dərslər hər həftənin şənbə günü saat 10.00-da başlayır.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti