BMT-nin müqaviləsinə zidd addım

BMT-nin müqaviləsinə zidd addım
  25 Avqust 2013    Oxunub:1199
Özünün sabiq əməkdaşı Edvard Snouden tərəfindən ifşa edilən Amerika Milli Təhlükəsizlik Agentliyi (AMTA), BMT-nin Nyu Yorkdakı mənzil qərargahını da dinləyirmiş. Bu barədə bazar günü alman jurnalı “Spiegel” Snoudenin surətini jurnalistlərə təqdim elədiyi məxfi materiallara istinadən yazıb.
Bildirilir ki, məsələn, 2012-ci ilin yayında ABŞ xüsusi xidməti mühafizəni sındırmaqla BMT-nin video-konfranslarını izləyə bilib. Jurnal qeyd edir ki, belə izlənmə Vaşinqtonun BMT ilə imzaladığı müqaviləyə ziddir. Belə ki, müqavilə hər cür gizli manipulyasiyaları qadağan edir.

Musavat.com-un verdiyi məlumata görə, sənədlərdən, həmçinin məlum olub ki, AMTA Avropa Birliyi və BMT-nin missiyasını da izləyib. Bundan əlavə, “Spiegel”ə görə, agentlik daxili adı Special Collection Service oaln xüsusi proqram sayəsində ABŞ-ın müxtəlif ölkələrdəki ən azı 80 səfirliyi və konsulluğu vasitəsilə məlumatlar alıb. Belə dinləmə postları həmçini Frankfurt na-Mayn (Almaniya) və Vyanada (Avstriya) olub. Səfirliklərin olduğu ölkələr isə bir qayda olaraq belə dipmissiyalardan bixəbər olublar.

Qeyd edək ki, az öncə AMTA-nın Avropa Birliyinin Vaşinqtondakı və Nyu-Yorkdakı nümayəndəliklərini, 38 xarici səfirliyi, o cümlədən NATO üzrə müttəfiq dövlətlərin diplomatik nümayəndəliklərini dinlədiyi barədə məlumat yayılmışdı.


Teqlər:





Xəbər lenti