Rusiya XİN: `Qarabağı müstəqil ölkə kimi tanımırıq`

Rusiya XİN: `Qarabağı müstəqil ölkə kimi tanımırıq`
  17 Fevral 2017    Oxunub:2036
Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda keçirilməsi planlaşdırılan qondarma "referendum"la bağlı bəyanat yayıb.

AzVision.az TASS-a istinadən xəbər verir ki, Rusiya XİN-in mətbuat xidmətinin bəyanatında rəsmi Moskvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı bildirilib.

"Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Statusun Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməsinin vacib olması mövqeyindən çıxış edirik ", - bəyanatda qeyd olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti