Qərar verildi: Avropa özünə ordu yaradır

Qərar verildi: Avropa özünə ordu yaradır
  17 Fevral 2017    Oxunub:4534
Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) mərkəziləşdirilməsi, Aİ-nin maliyyə naziri postunun və ümumi Avropa ordusunun yaradılması səyləri haqqında qətnaməni təsdiqləyib.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, qətnamə Belçikanın sabiq baş naziri və Brexit üzrə məsul şəxs Qi Verxofstadt tərəfindən təklif olunub.

AP-nin iclası qətnamənin lehinə 283 avrodeputat səs verib, 269 deputat sənədin əleyhinə çıxıb, 83 nəfər bitərəf qalıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti