Məktəbdə mənimsəmə faktı: Cinayət işi açıldı

Məktəbdə mənimsəmə faktı:    Cinayət işi açıldı
  15 May 2024    Oxunub:862
Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Sumqayıt şəhər Səid Rüstəmov adına 3 nömrəli Uşaq İncəsənət məktəbində yol verilən qanunsuzluqlarla bağlı müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırma zamanı həmin təhsil müəssisəsinin vəzifəli şəxslərinin 2018-ci ilin sentyabrından 2023-cü ilin sentyabrınadək müddətdə faktiki olaraq əmək funksiyalarını icra etməyən müəllimlər tərəfindən tədrisin aparılmasına dair rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi və əsassız olaraq əmək haqqı ödənilməsi yolu ilə 188 min manatdan çox pul vəsaitinin mənimsənilməsi və əsassız şəhadətnamələr verməklə vəzifə saxtakarlığı törədilməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti