İran dövlət başçısı həmçinin Rusiya ilə əlaqələr barədə də danışıb.
"Moskva ilə ikitərəfli münasibətlərimiz strateji əhəmiyyətə malikdir. İran bu sıx dialoqu qorumaq niyyətindədir", - o deyib.
İran XİN: "Cənubi Qafqazda sülh üçün bütün imkanlardan istifadə edəcəyik" |
Məlumata görə, bugünkü görüşün yekununda tərəflər Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayacaqlar.
İran tərəfinin "regiondakı kənar qüvvələr"dən narahatlığı Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə əlaqədardır. Çünki Tehranın fikrincə, regional məsələlər İran, Rusiya, Türkiyə, Ermənistan, Türkiyə və Azərbaycanı birləşdirən "3+3" formatında müzakirə olunmalıdır.
Firudin Həmidli
AzVision.az