Səudiyyə Ərəbistanı 4-cü Beynəlxalq Media Forumuna ev sahibliyi edəcək
Məlumata görə, tədbirdə, həmçinin gələcək media mənzərəsinin proqnozlaşdırılması yolları və yaradıcı istedadların bu sektorun yenidən formalaşdırılmasında rolu müzakirə olunacaq.
Forumun çərçivəsində Yaxın Şərqin ən böyük media sərgisi olan Medianın Gələcəyi Sərgisi (FOMEX) təşkil olunacaq. Sərgidə dünyanın böyük media və texnologiya şirkətləri yeni innovasiyalarını təqdim edəcəklər. Ötən ilki sərgidə 30 dövlətdən 200-ə yaxın şirkət iştirak edib.
Forum çərçivəsində Səudiyyə Ərəbistanı Media Forumu Mükafatı sahiblərinə təqdim ediləcək. Mükafat media məzmunu yaradılmasında fərqlənənlərə verilir.
Qeyd edək ki, 3-cü Media Forumu çərçivəsində keçirilən 80-dən çox panel iclasında, ümumilikdə, 200-dən çox qurumun rəhbərləri və nümayəndələri, 2000-dən çox natiq və media nümayəndəsi iştirak edib. Sərgi ziyarətçilərinin sayı isə 32 mindən çox olub.
AzVision.az
Teqlər: