"Diqqətə çatdırdım ki, postmüharibə dövründə Qəzza zolağının idarəsinin HƏMAS-a buraxılması tamamilə yolverilməzdir. Bu, İsrailin təhlükəsizliyinə açıq təhdid olmaqla yanaşı Fələstin xalqının həyatını da məhv edəcək", - o bildirib.
Qəzzada əsirlərin azadlığa çıxacaqları vaxt açıqlanıb |
Xatırladaq ki, Qətərin paytaxtı Doha şəhərində aparılan danışıqlar çərçivəsində İsrail və HƏMAS arasında ötən gecə atəşkəs, bu gün isə əsir mübadiləsi barədə razılıq baş tutub. Atəşkəs qərarı ölkə daxilində, xüsusən də döyüşlərdə həyatını itirən hərbçilərin ailələri tərəfindən etirazla qarşılanıb. Onlar bu qərar sayəsində əsir vətəndaşların öz vətənlərinə qayıtmalarını məqbul saysalar da, atəşkəsi "HƏMAS-a təslim olmaq" kimi dəyərləndirirlər. Hökumətdə də qərara qarşı çıxanlar var. Milli təhlükəsizlik nazir İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriç də atəşkəsi "milli təhlükəsizliyə zərbə" adlandıraraq, istefa verəcəyini bildiriblər.
Firudin Həmidli
AzVision.az