İstanbulda kütləvi zəhərlənməyə səbəb olan 32,9 min litr spirt ələ keçirilib
İstanbul valiliyi saxta spirtli içkilərlə mübarizə çərçivəsində yanvarın 1-dən bu yana davam edən əməliyyatlarda 15 şübhəlinin saxlanıldığını açıqlayıb. Şübhəlilərdən 4-ü "qəsdən adam öldürmə" ittihamı ilə həbs olunub, 3-ü sərbəst buraxılıb. Polis idarəsində 8 şübhəlinin isə dindirilməsi davam edir.
Bundan əlavə həftənin əvvəlindən indiyədək 32 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb. Ölənlərin əksəriyyətinin Özbəkistan və Türkmənistan vətəndaşları olduğu bildirilib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: saxtaiçki