Bayden İsrailə hücumu 11 sentyabr hadisəsi ilə qarışdırdı

   Bayden İsrailə hücumu 11 sentyabr hadisəsi ilə qarışdırdı
  17 Yanvar 2025    Oxunub:379
ABŞ prezidenti Cozef Bayden prezident kimi fəaliyyətinin son günlərində də siyasi səhvə yol verib.
MSNBC telekanalına müsahibə verən siyasətçi HƏMAS-ın 2023-cü ilin oktyabrında İsrailə təşkil etdiyi hücumu 2001-ci ilin 11 sentyabr hadisələri ilə qarışdırıb.

Bayden: "Ukraynada öldürüləcəyimdən narahat idim"
ABŞ tarixinin ən yaşlı prezidenti yəhudi dövlətinin ordusunun Qəzza zolağında mülki hədəflərə zərbələr endirməsi məsələsini ilk dəfə necə qaldırmasından danışıb. Amerika liderinin sözlərinə görə, bu irad onun İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbəti zamanı baş verib.

“İlk dəfə Qəzza zolağında mülki hədəflərin bombalanması məsələsini 11 sentyabr hadisəsindən sonra (2001-ci ilin sentyabrında Nyu-Yorkda baş verən terror aktı – red.) İsrailə gedən zaman müzakirə etmişəm”, - Bayden deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   İsrail  





Xəbər lenti