Keçmiş bankir Kanadanın baş naziri olmaq istəyir

   Keçmiş bankir Kanadanın baş naziri olmaq istəyir
  17 Yanvar 2025    Oxunub:363
İngiltərə Bankının keçmiş rəhbəri Mark Karni Kanadanın hakim “Liberal” Partiyasının lideri Castin Trüdonun yerinə namizədliyini rəsmən irəli sürüb.
AzVision.az Böyük Britaniyanın “BBC” tele-yayım korporasiyasının yaydığı məlumata istinadən xəbər verir ki, qalib gələcəyi halda, 59 yaşlı Karni nəinki “Liberal” Partiyasına rəhbərlik edəcək, həm də bu ilin sonunda keçiriləcək seçkilərə qədər Kanadanın baş naziri olacaq.

Görkəmli iqtisadçı olan kanadalı Mark Karni qlobal maliyyə böhranından sonrakı ilk illərdə - 2008-2013-cü illərdə - Kanada Bankının rəhbəri postunu tutub. 2013-cü ildən 2020-ci ilə qədər isə İngiltərə Bankının rəhbəri vəzifəsində çalışıb ki bu da “Brexit”lə bağlı mübahisəli illəridə olub.

“Mən bir çox böhranların həllində və iki iqtisadiyyatın xilas olunmasında iştirak etmişəm. Mən biznesin necə işlədiyini və onu sizin üçün necə işlədəcəyimi bilirəm”, – Karni doğma şəhəri Edmontonda namizədliyini irəli sürərəkən deyib.

Maraqlıdır ki, Karni son bir neçə ay ərzində Trüdonun iqtisadi müşaviri vəzifəsində çalışsa da, indi keçmiş baş naziri iqtisadi sahədəki idarəçiliyinə görə tənqid etməyə başlayıb.

- Mən Kanadada “Liberal” Partiyasında baş nazirin və onun komandasının iqtisadiyyatdan tez-tez yayındığını düşünən yeganə adam deyiləm”, - sabiq bankir vurğulayıb.

Ağsaqqal Trampı söhbətə çağırdı: "Özünə gəl!"
Xatırladaq ki, Kanadanın baş naziri Castin Trüdo keçən həftə “Liberal” Partiyasının sədrliyindən istefa verib. Partiyanın rəhbəri vəzifəsinə namizədlərin irəsli sürülməsi prosesi yanvarın 23-dək davam edəcək və onların siyahısı hələ məlum deyil. Lakin siyasi müşahidəçilər partiyanın bir neçə tanınmış simasının seçkidə Karni ilə rəqabət aparacağını və ən çox namizədin olacağını proqnozlaşdırırlar. Ciddi rəqiblərdən birinin Trüdo dövründə baş nazirin müavini və maliyyə naziri vəzifələrini tutumuş, lakin ötən ilin dekabrında onları tərk etmiş Xristya Frilandın olacağı istisna deyil.


Anası ukraynalı olan Xristya Friland universitetdə Rusiyanın və bütün regionun tarixini öyrənib, Ukraynada jurnalist kimi çalışıb, baş nazirin müavini və maliyyə naziri kimi Kiyevə yardımında və Rusiyaya qarşı sanksiyaların tətbiqində mühüm rol oynayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Karni   Kanada   başnazir  





Xəbər lenti