Ukraynanın ifrat tərəfdarını Kiyevə yardımın əleyhdarı əvəz edib

   Ukraynanın ifrat tərəfdarını Kiyevə yardımın əleyhdarı əvəz edib
  17 Yanvar 2025    Oxunub:348
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson nüfuzlu Kəşfiyyat Komitəsinə sədrlik etmək üçün Ukraynaya yardımın tənqidçisi Rik Kroufordu seçib.
AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Kroufordun Konqresin aşağı palatasının nüfuzlu Kəşfiyyat Komitəsinin sədri təyin olunması “qırğı” Mayk Törnerin gözlənilmədən bu vəzifədən uzaqlaşdırılmasından heç bir gün keçməmiş məlum olub.

Conson qərarını onunla izah edib ki, kəşfiyyat cəmiəsinin “yeni başlanğıc”a ehtiyacı var və ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın bununla heç bir əlaqəsi yoxdur.

“Ukrayna məsələsinə Trampdan fərqli yanaşma sərgiləyən Mayk Törner Kiyevin ən güclü tərəfdarlarından birinə çevrildi, ona davamlı təhlükəsizlik sahəsində yardımın və bunun daha tez çatdırılmasının tərəfdarı oldu. Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə sədrlik edəcək Rik Krouford isə Ukraynaya hərbi yardımı dəstəklədiyini desə də, ameirka vergilərini Avropadakı tətillərdə məmurların maaşlarını ödəmək və ya başqa bir ölkənin fermerlərinə subsidiya vermək üçün xərcləməyin əleyhinədir. 2024-cü ilin aprelində o, Ukraynaya və diogər ölkələrə 9 milyard dollarlıq iqtisadi dəstəyi də ehtiva edən 60,8 milyard dollarlıq yardım paketinin əleyhinə səs verdi”, - “Bloomberg” agentliyi vurğulayıb.

Amerika mediasının məlumatına görə, ABŞ-nin yeni prezidenti Donald Trampın nümayəndələri avropalı tərəfdaşları ilə söhbətlərində Ukraynadakı müharibəni tez bir zamanda dayandıra bilməyəcəklərini etiraf edir və onu dəstəkləməyə davam edəcəklərinə söz verirlər.
Bununla belə, ötən ilin dekabrında Donald Tramp Kiyevə yardımın azaldılması ehtimalını istisna etməyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Törner   Krouford   Ukrayna  





Xəbər lenti