“Azerconnect Group” İKT sahəsində Azərbaycanın “Ən yaxşı işəgötürən” şirkəti seçildi
Beynəlxalq təşkilat dünya təcrübəsindən irəli gələn 250-dən çox meyar üzrə “Azerconnect Group”un insan kapitalının idarəolunması sahəsində strategiyasını, həmçinin bu sahədə icra etdiyi innovativ layihələri dəyərləndirib və yüksək qiymətə layiq görüb. Şirkətin iş mühiti, istedadların cəlb edilməsi, öyrənmə, müxtəliflik, bərabərlik və inklüzivlik, rifah və digər istiqamətlərdə ən son beynəlxalq insan resursları təcrübələrini və standartları tətbiq etməsi vurğulanıb.
“Top Employers Institute” haqqında
“Top Employers Institute” dünyanın müxtəlif ölkələrində şirkətlərin işəgötürmə, işçi təcrübəsi və liderlik sahəsindəki fəaliyyətini qiymətləndirən və sertifikatlaşdıran beynəlxalq təşkilatdır. 30 ildən artıq bir müddətdə fəaliyyət göstərən “Top Employers Institute” 2025-ci ildə 125 ölkədə/regionda 2400-dən çox təşkilatı sertifikatlaşdırılıb. Bu sertifikatı əldə etmiş “Ən yaxşı işəgötürənlər” qlobal miqyasda 13 milyondan çox işçinin həyatına müsbət təsir göstərirlər.
“Azerconnect Group” haqqında
Ölkəmizdə dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir. “Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
AzVision.az
Teqlər: