Corabında pul aparan şəxslər tutuldu

Corabında pul aparan şəxslər tutuldu
  21 Dekabr 2016    Oxunub:3677
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yoxlama nəticəsində həmin şəxslərdən ikisinin ayaqqabısında, birinin isə corablarında gömrük nəzarətindən gizlədilmiş, cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti