Bərdə bazarında yanğın olub

Bərdə bazarında yanğın olub
  06 Dekabr 2016    Oxunub:2688
Bərdə rayonunda tikinti materiallarının satışı bazarının ərazisində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Bərdə rayonu, Qasımbəyli kəndində tikinti materiallarının satışı bazarının ərazisində vətəndaşa məxsus ümumi sahəsi 276 m2 olan taxta satışı talvarının yanar konstruksiyaları 77 m2 sahədə və talvarın altına yığılmış taxta qırıntıları yanıb.

Talvarın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti