Berlində böyük anti-ABŞ aksiyası keçirilib
AzVision.az-ın “Die Welt“-ə istinadən verdiyi xəbərə görə, Almaniyanın paytaxtı Berlin şəhərində 150 min nəfərin iştirakı ilə anti-Amerika ab-havalı etiraz aksiyası baş tutub. Etirazçılar Amerikanın transatlantik siyasətini, həmçinin Almaniyanın ABŞ və Kanada ilə birgə “TTIP” və “Ceta” adlı azad ticarət müqavilələri çərçivəsindəki əməkdaşlıqlarını sərt tənqid ediblər.
Etirazçılar Birləşmiş Ştatlara məxsus transkoorparasiya ilə Almaniyanın əməkdaşlıq etməsini istəmədiklərini bildiriblər. Onlar Avropa Birliyini bu yöndə ABŞ-la “gizli diplomatiya” adı altında yürüdən əlaqələrinə son qoymağa səsləyiblər.
Bu böyük etiraz aksiyasına 170-dək təşkilat öz dəstəyini göstərib.
Fərrux Həsənov
Teqlər: