İsveçrə polisi 1963-cü ilə qədər Hitleri axtarıb - ARXİV
AzVision.az İsveçrənin “Schweiz am Sonntag“ qəzetinə istinadən bildirir ki, III Reyx rəhbərinin 1934-cü ildə İsveçrədə olduğu vaxtdan sonra polis onun axtarışı işlərinə başlayıb. Qəzeti yazır ki, Hitler 1923-cü ildə də İsveçrədə olub və burada bir müddət oteldə qalıb.
Qəzet arxiv materiallarına əsasən yazır kı, Adolf Hitler 1923-cü ildə İsveçrəyə sırf maddi dəstək üçün gəlib, hətta 10 min frank dəyərində maliyyə toplamağa nail olub.
Hitlerin İsveçrəyə gəlib-getdiyini bilən polis onun axtarışını II Dünya Müharibəsi bitdikdən sonra da, ta 1963-cü ilə qədər davam etdirib.
Fərrux Həsənov
Teqlər: