Qiyamçı generalın ölüm xəbəri təsdiqləndi

Qiyamçı generalın ölüm xəbəri təsdiqləndi
  17 Sentyabr 2015    Oxunub:2561
Tacikistanın keçmiş müdafiə nazirinin müavini, general Abdulhalim Nazarzoda öldürülüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir.

Məlumata əsasən, xüsusi əməliyyat nəticəsində həmçinin daha 30 qiyamçı məhv edilib, 100-dən çoxu həbs edilib. Güc strukturları tərəfindən “Alfa” xüsusi təyinatlı dəstəsinin komandiri Rustam Amakiyevin öldüyü bildirilir.

Qeyd edək ki, Abdulhalim Nazarzoda sentyabrın 4-də Daxili İşlər Nazirliyinə və Müdafiə Nazirliyinin mərkəzi aparatına hücumların təşkilində ittiham edilirdi.


Teqlər:





Xəbər lenti