Netanyahu Putini sorğu-sual edəcək

Netanyahu Putini sorğu-sual  edəcək
  16 Sentyabr 2015    Oxunub:2200
İsrail baş naziri Binyamin Netanyahu gələn həftə Rusiyaya səfər edəcək.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Səfəri zamanı İsrail Nazirlər Kabinetinin rəhbəri Vladimir Putinlə görüşəcək və onunla rus hərbçilərinin Suriya olması məsələsini müzakirə edəcək. Baş nazirin mətbuat xidmətinin yaydığı məlumata görə, Netanyahu uçan pilotsuz aparatların “Hizbullah” və digər radikal qruplaşmaların əlinə keçmə ehtimalının olması ilə bağlı narahatlığını çatdıracaq.

Qeyd edək ki, Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskovda gələn həftə Netanyahunun Rusiyaya səfərə gələcəyini bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti