Azərbaycan razılaşdı: Bakı 2028-ə hazırlaşır

Azərbaycan razılaşdı: Bakı 2028-ə hazırlaşır
  16 Sentyabr 2015    Oxunub:6442
“2024-cü il Olimpiya Oyunları və bundan əlavə futbol üzrə Avropa çempionatı Almaniyada keçirilə bilər”.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib.

“Hesab edirəm ki, bu mümkündür. Çünki yarışlar arasında bir neçə həftə fasilə var və onlar bir-birlərinə mane olmayacaqlar. Hesab edirəm ki, heç kəs Almaniyanın təşkilatçılıq qabiliyyətinə şübhə etmir”, - deyə Bax vurğulayıb.

Baxın sözlərinə görə, BOK və Azərbaycan rəhbərliyi Bakının 2024-cü il Olimpiya Oyunlarının keçirilməsinə dair namizədliyini irəli sürməməsi barədə razılığıa gəlib.
Qərara alınıb ki, Azərbaycan 2028-ci il Olimpiya Oyunlarına namizədliyini irəli sürməsinə hazırlaşsın.

Qeyd edək ki, Hamburqla yanaşı, 2024-cü il yay Olimpiya Oyunlarının keçirilməsi uğrunda Paris, Roma, Budapeşt və Los Anceles-də mübarizə aparacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova mətbuata açıqlamasında faktı təsdiqləyərək bildirib ki, Bakı şəhəri 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməməyi qərara alıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti