Ukraynalılar Saakaşvilinin istefasını istəyir

Ukraynalılar Saakaşvilinin istefasını istəyir
  16 Sentyabr 2015    Oxunub:2834
Ukrayna prezidentinin rəsmi saytında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefaya göndərilməsi tələbi ilə bağlı petisiya yerləşdirilib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Üç aydan artıq müddətdə Odessa vilayətinin qubernatoru işləyən Saakaşvili verdiyi vədlərdən heç birini yerinə yetirməyib”, - deyə mətndə bildirib.

Petisiya müəllifi Odessa vilayətini rəhbərin regiona gətirməyə söz verdiyi investorların olmamasını, onun bürokratiya ilə mübarizəsini “pr” adlandırıb.
“Yalnız yerli mətbuatda deyil, həmçinin bütün Ukrayna mətbuatında adının çəkilməsinin sayına görə, onunla prezident və yaxud da baş nazir rəqabət apara bilər”, - mətndə vurğulanır.

Petisiyanı artıq 70-dən çox adam imzalayıb. Petisiyanı nəzərdən keçirilməsi üçün 25 min imza tələb edilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti