Türkiyədə qanlı terror: 5 polis şəhid oldu

Türkiyədə qanlı terror: 5 polis şəhid oldu
  16 Sentyabr 2015    Oxunub:1981
Türkiyədə növbəti dəfə qanlı terror aktı qeydə alınıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mardin və Haqqari vilayətlərində PKK tərəfindən törədilən terrorlar nəticəsində 5 polis şəhid olub, ikisi yaralanıb. Terror aktları yola basdırılmış partlayıcılar vasitəsi ilə törədilib.

Başqa bir məlumatda isə bildirilir ki, Muşun Suluca kəndi ərazisində hərbçiləri daşıyan maşının keçdiyi yolun PKK tərəfindən partladılması nəticəsində 12 əsgər yaralanıb.

Diyarbəkirdə isə hökumət qüvvələri tərəfindən camilərin birində PKK-ya məxsus böyük bir cəbhəxana aşkarlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti