Kerri erməniləri vəzifəyə gətirir
AzVision.az xəbər verir ki, Turkanyan Con Kerriyə və onun birinci köməkçisinə iqtisadi inkişaf, energetika, ətraf mühit, elm və texnika məsələləri üzrə məsləhətlər verəcək.
“Turkanyan ABŞ diplomatiyasının bir parçası olaraq görülən elm və texnoloji siyasətin irəliləməsində iştirak edəcək”-deyə ABŞ Dövlət Departamentindən bu təyinatla bağlı verilən açıqlamada bildirilib.
Turkanyan bu vəzifəyə təyin olunmamışdan öncə, Amerika Elm İnkişafı Dərnəyinin (American Association for the Advancement of Science-AAAS) beynəlxalq əlaqələr üzə müşaviri vəzifəsində çalışıb.
Gültəkin Ələsgər