Putin Elton Cona zəng edib - Homoseksual söhbəti

Putin Elton Cona zəng edib - Homoseksual söhbəti
  15 Sentyabr 2015    Oxunub:2992
Böyük Britaniyalı müğənni “İnstagram” sosial şəbəkəsində bəyan edib ki, Putinlə cinsi azlıqların hüquqlarını müzakirə etmək barədə çıxışından sonra Rusiya prezidenti Vladimir Putin ona zəng edib.
Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

“Mənimlə əlaqə saxladığı və telefonla danışdığı üçün prezident Vladimir Putinə təşəkkür edirəm. Onunla LGTB nümayəndələrinin hüquqlarının müzakirə etmək üçün üzbəüz görüşü gözləyirəm”, - deyə “İnstagram” səhifəsində yazıb.

Müğənni telefon danışığının detallarını açıqlamayıb.

Qeyd edək ki, ötəm həftə “BBC”yə müsahibəsində Böyük Britaniyalı məşhur bəstəkar və müğənni, cinsi azlığların huquq müdafiəçisi Elton Con Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini bildirib. 68 yaşlı müğənni Putinlə cinsi azlıqların hüquqlarını müzakirə etmək istəyirdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti