Prezidentin açılış zamanı ürəyi getdi

Prezidentin açılış zamanı ürəyi getdi
  15 Sentyabr 2015    Oxunub:3933
Almaniyanın Frankfurt şəhərində beynəlxalq avtosalonun açılışı və “BMW” markasının yeni modellərinin təqdimatı zamanı şirkətin prezidenti Harald Kryüqer huşunu itirib.
AzVision.az “Gazeta.ru” ya istinadən xəbər verir ki, bu səbəbdən yeni modellərin təqdimat mərasimi baş tutmayıb.

Açılış nitqindən sonra “BMW” şirkətinin uğurları və gələcək premyeralardan danışan Kryüqer qəfldən ürəyini tutaraq yerə yıxılıb.

O, dərhal xəstəxanaya yerləşdirilib.

Təqdimat mərasimi isə qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

Qeyd edək ki, Frankfurt beynəlxalq avtosalonunda 200-dən çox yeni avtomobil modeli sərgi iştirakçılarına təqdim olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti