Azərbaycan səfirinə maşın hədiyyə etdilər

Azərbaycan səfirinə maşın hədiyyə etdilər
  15 Sentyabr 2015    Oxunub:3226
Yeddi ölkənin Çindəki rəsmi nümayəndələri – konsul və diplomatları “Lifan 820” modelinin xoşbəxt sahibləri olublar.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, ötən gün D Klass sedan “Lifan 820” modelinin təqdimat mərasimindən sonra 7 dost ölkənin yüksək rütbəli nümayəndələrinə təqdim olunub.

“Lifan Motors” yeni modeli bu diplomatik nümayəndəliklərə yeni modeli hədiyyə edib: “Əlcəzair, Azərbaycan, İraq, İran, Peru, Qazaxıstan və Efiopiya.

“Lifan 820” modeli müxtəlif növ testlərdən uğurla keçib.

Qeyd edək ki, Azərbaycanın Çindəki səfiri Lətif Qəndilovdur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti