Ağ ev təhdid etdi: Əgər Rusiya Əsədə dəstək olsa...

Ağ ev təhdid etdi: Əgər Rusiya Əsədə dəstək olsa...
  15 Sentyabr 2015    Oxunub:2435
Əgər Rusiya Suriyada koalisiyadan kənar təkbaşına hərəkət etmək qərarı versə, onda bu addım Suriya prezidenti Bəşər Əsəd rejiminə dəstək kimi qiymətləndiriləcək, nəticədə isə ölkə təcrid olunacaq.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Erbest bildirib.

“Bu Rusiyanı beynəlxalq birlikdən daha da təcrid edə bilər. ABŞ-ın başçılıq etdiyi 60-dan çox ölkənin daxil olduğu koalisiya ilə münasibətləri gərginləşdirə bilər”, - deyə Ernest jurnalistlərin sualını cavablandırarkən bildirib.

Eyni zamanda Ernest vurğulayıb ki, Rusiyanın Suriyadakı maraqları ilə dünyanın digər ölkələrin arasında maraqlar bir-birinə zidd deyildi. Çünki rəsmi Moskvada anti-terror əməliyyatlarının uğurla həyata keçirilməsində maraqlıdır və İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının ləğv edilməsi strategiyasının reallaşdırılmasına istəyir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti