Türkiyə XİN rəhbəri Bakıya gəlir
Səfər zamanı XİN rəhbəri azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlıq və regiondakı vəziyyət, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə olunacaq.
Bundan əlavə, Türkiyə xarici işlər nazirinin prezident İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşəcəyi planlaşdırılır.
Eldar Tanrıverdiyev
AzVision.az