Dollar bahalaşdı, avro ucuzlaşdı

Dollar bahalaşdı, avro ucuzlaşdı
  15 Sentyabr 2015    Oxunub:1549
Bu gün sentyabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 15-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 14-ü ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0476 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0029 manat və ya 0,24% azalaraq 1,1862 manata enib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti