Miqrant problemi: Alman partiyaları bir-birinə qarşı

Miqrant problemi: Alman partiyaları bir-birinə qarşı
  14 Sentyabr 2015    Oxunub:1944
Almaniya vətəndaşlarının böyük bir qismi qaçqınların qəbuluna müsbət yanaşırlar, lakin siyasi partiyalar arasında çox ciddi fikir müxtəlifliyi hökm sürür.

AzVision.az Almaniyanın “Der Spiegel” jurnalına istinadən bildirir ki, “Xrisitian-Sosialistlər Partiyası”nın kansler Angela Merkelin yürütdüyü qaçqın siyasətini tənqid etməsindən sonra məsələ yenidən daha da aktuallaşıb.

“Xristian-Sosialistlər Partiyası”nın sədri Horst Zeehofer miqrant problemi ilə əlaqədar açıqlamasında deyib ki, Macarıstandan gələn çoxlu sayda qaçqının Almaniyaya buraxılması çox səhv addımdır.

Sözügedən partiyanın Bavariya əlayaləti üzrə rəsmisi bildirib ki, kansler Angela Merkel qaçqınıların qəbuluna dair Avstriya ilə razılığa gəlsə də, amma sonradan razılıq pozularaq, Avstriyadan Almaniyaya 15 000 qaçqın daxil olub.

Almaniyanın keçmiş daxili işlər naziri, hazırda “Xristian-Sosialistlər Partiyası”nın üzvü olan Hans Peter Fridrix məsələyə münasibətində deyib ki, Suriyadan gələn miqrantlar arasında “İŞİD” üzvlərinin Almaniyaya daxil ola bilmə riski çox yüksəkdir.

“Xristian-Demokratlar Birliyi” partiyası nümayəndəsi Mixael Kretşmer qaçqın siyasətinin dəyişdirilməli olduğunu, eləcə də miqrantların Almaniyaya qəbulunun dayandırılmasının önəmli məsələ olduğunu vurğulayıb.

Almaniya “Sosial-Demokratlar Partiyası”nın tanınmış üzvü Tomas Opperman isə öz növbəsində “Xristian-Demokratlar Birliyi”nin miqrant böhranına yanaşmasını sərt tənqid edib.

Bir daha xatırladaq ki, əsasən avqust ayında Suriyadan Almaniyaya çoxlu qaçqın axını müşahidə olunub. Ümumiyyətcə, Suriyadan iyul ayı üçün 25 794 nəfər, avqust ayı üçün isə 46 460 nəfər miqrant Almaniyaya giriş əldə edib.

Fərrux Həsənov
AzVision.az



Teqlər:





Xəbər lenti