Ruhanidən yəhudilərə gözlənilməz təbrik
“Qoy bizim İbrahimi dinlərimizin ortaq kökləri qarşılıqlı hörmət, sülh və anlaşma dərinləşməsinə xidmət etsin”, - deyə İran prezidenti müsəlman və yəhudilərin ümumi dini köklərini xatırladıb.
Ruhanin sosial şəbəkədə paylaşdığı mesajını ivrit dilində yazılan bu ifadə ilə bitirir: “Qoy bu gözəl olsun”.
Rəsmi statistikaya əsasən bu gün İranda 9 minə qədər yəhudi yaşayır. Onlar Tehran, İsfahan və Şirazda kompakt olaraq yaşayırlar. Onların Tehranda Yusefabad adlı sinaqoqları da var. İran Konstitusiyasına əsasən yəhudilərin ölkə parlamentində bir yerlə təmsil olunurlar.
Eldar Tanrıverdiyev
AzVision.az