Azərbaycanlı rus qadının başına oyun açdı - Təfərrüat

Azərbaycanlı rus qadının başına oyun açdı - Təfərrüat
  14 Sentyabr 2015    Oxunub:3767
Rusiya hüquq mühafizə orqanları əməkdaşları qaçırılaraq Vladimir vilayətində saxlanılan qadını azad edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, cinayətkarlar qaçırılan qadından pul və qiymətli zinət əşyaları, həmçinin Moskva və Moskva vilayətində yerləşən bir neçə evi onların adına keçirməyi tələb ediblər.

Polisin məlumatına görə, cinayətkarlar qadını Balaşixa şəhərində ona məxsus evlərdən birindən oğurlayıblar.

Əvvəlcədən həmin xanımla tanışlığı olan Azərbaycan vətəndaşı daha iki nəfərlə
birgə onun əl-qolunu bağlayaraq, zorla maşına oturdub. Daha sonra onlar oğurlanan qadını Vladimir vilayətinə aparıb. Burada qadını iki gün saxlayaraq, ondan mənzilləri satmağı tələb ediblər.

Sentyabrın 12-i qadını qaçıranlardan biri onu qiymətli zinət əşyaları və pullarını almaq məqsədilə Moskvada, Ozerkovsk sahilindəki evinə gətirib. Lakin elə buradaca polislər tərəfindən saxlanılıb.

Hüququ mühafizəm orqanları əməkdaşları tərəfindən aparılan axtarışlar zamanı Vladimir vilayətində cinayətdə əli olan daha üç nəfər saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər 15 ilə qədər azadlıqdan məhrum oluna bilərlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti