Lüt qızlar müsəlmanlara hücum etdi - VİDEO

Lüt qızlar müsəlmanlara hücum etdi - VİDEO
  14 Sentyabr 2015    Oxunub:23697
“Femen” qrupunun iki fəalı Parisin şimal-qərbində yerləşən Pontuazada müsəlmanların qadınlara həsr olunan konfransına hücum edib.
Bu barədə AzVision.az Xarici KİV-ə istinadən xəbər verir.

İmamlar səhnədə çıxış edən zaman yarıçılpaq qızlar zala daxil olub, ərəb və fransız dillərində şüarlar səsləndirməyə başlayıblar.

Qadınların bədənlərində isə “Heç kəs mənim sahibim deyil, mən özümün sahibiyəm” şüarlar yazılıb. Konfransda iştirak edən mühafizəçilər dərhal onları səhnədən uzaqlaşdırıblar.

Fransa KİV-nin məlumatına əsasən mühafizəçilər qızları polisə təslim edib.

Val-d-Uaz departamentində keçirilən konfrans sentyabrın 12-i başlayıb və iki gün davam edib. Konfrans İslamda qadınların roluna həsr olunub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti